Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Presnel Kimpembe ilə bağlı sevindirici xəbər yayılıb.
Uzun müddətdi zədədən əziyyət çəkən PSJ-nin futbolçusu meydana çıxmağa hazırdı. Fransalı müdafiəçinin adı hətta Çempionlar Liqasında “Bavariya” ilə oyun üçün iştirak ərizəsinə daxil edilib.
29 yaşlı futbolçu 2023-cü il fevralın 26-da zədələnmişdi. Daban vətəri qırılan müdafiəçi uzun müddətdən sonra meydana çıxmaq imkanı qazanıb. Presnelin PSJ-də 2014-cü ildən çıxış etdiyini də xatırladaq.