“Uzun müddətdir məni təhdid edir...”

16.12.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəli model Ebru Şallı boşanma prosesində olduğu iş adamı Uğur Akkuş tərəfindən təhdid edildiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuş Şallı ilə fotosunu instaqram səhifəsində yerləşdirib. O görüntüyə “Həyat yoldaşımla birlikdəyik və çox xoşbəxtik. Paylaşdığım şəkil keçən həftə Parisdəndir”, - sözlərini yazıb.  

Bu paylaşımdan sonra Şallı dərhal açıqlama yayıb. 

“Beş aydır onu görmürəm. Boşanma prosesində olduğum Uğur Akkuş ailəmə və yaxınlarıma, mətbuatdakı dostlarıma, iş apardığım qurumlara təhqiramiz mesajlar göndərir. Mən də uzun müddətdir ki, zorakılığa, təhdidlərə və təhqirlərə məruz qalıram”, - model bildirib. 

Qeyd edək ki, cütlük 2019-cu ildə ailə hayatı qurub. U.Akkuş bir müddət öncə həyat yoldaşından boşanacağını deyərək, ittiham dolu açıqlamalar vermişdi. Belə ki, o, “Hər şey pul və maddiyyat imiş” kimi ifadələrə yer vermişdi. Daha sonra isə onların barışma xəbərləri yayılmışdı.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью