Uzun tıxaca səbəb olan qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

18.12.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda uzun tıxaca səbəb olan qəzanın görüntüləri yayılıb.

Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.

"Yol-nəqliyyat hadisəsi təkcə maddi zərərlə nəticələnmir, həm də digərlərinə münasibətdə mənəvi zərər vurur. Nərimanov rayonu ərazisində  qeydə alınan bu qəza ilk baxışdan maddi zərərlə nəticələnən hadisədir. Ancaq qeyri-pik saatda, iki sürücünün qaydaya əməl etməməsi səbəbindən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yolda sıxlıq yaranır və nə qədər hərəkət iştirakçısının hərəkətində fasilələrə səbəb olur", - açıqlamada deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью