Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kosmetoloq üz dərisinin sürətlə yaşlanmasına səbəb olan 3 səhvi açıqlayıb.
Milli.Az xəbər verir ki, kosmetoloq Anastasiya Sokolova üz dərisinin yaşlanmasını sürətləndirən ən yaygın səhvləri açıqlayıb.
Mütəxəssisin sözlərinə görə bəzi vərdişlər dərin qırışların yaranmasına və dərinin elastikliyinin itirilməsinə səbəb olur.
Günəşdən qorunmamaq Sokolova bildirir ki, SPF qoruyucu istifadə etməmək dərinin kollagen və elastin strukturunu məhv edir, melanin sintezini artıraraq piqment ləkələrinin yaranmasına yol açır.
Kosmetoloq vurğulayıb ki, günəşdən qoruyucu məhsullar yalnız yayda deyil, ilin bütün fəsillərində tətbiq olunmalıdır.
Üz fitnesinə hədsiz maraq Kosmetoloq üz əzələlərinin skelet əzələləri kimi işləmədiyini qeyd edir.
"Face fitness" üsulu qırışların qarşısını almaq əvəzinə, mövcud qırışları dərinləşdirə və yeni qırışların yaranmasına səbəb ola bilər.