Uzun və sağlam ömrün açarı...

22.06.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uzun və sağlam ömür sürməyin yolları elm dünyasında ən çox araşdırılan mövzulardan biri olaraq qalır. Qidalanma, yuxu və həyat tərzi kimi amillərlə yanaşı, mütəxəssislər son dövrlərdə ayaq əzələlərinin sağlamlıq və uzunömürlülük baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar.
Demokrat.az bildirir ki, mütəxəssislərin fikrincə, güclü ayaq əzələləri təkcə fiziki görünüş və ya idman performansı üçün deyil, həm də orqanizmin vacib funksiyalarının qorunması üçün mühüm rol oynayır. Xüsusilə budun ön hissəsində yerləşən kvadriseps, arxa hissədəki hamstring və daxili yan əzələlər bədənin əsas hərəkət sistemini təşkil edir.
Baldır nahiyəsində yerləşən gastrocnemius və onun altında yerləşən soleus əzələləri isə qan dövranı və metabolik sağlamlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu əzələlər hərəkət zamanı qanın ürəyə geri qayıtmasına kömək edərək “ikinci ürək” funksiyasını yerinə yetirir. Həmçinin limfa dövranının normal işləməsi də əzələ fəaliyyətindən asılıdır.
Professor Kaan Yılancıoğlu sosial şəbəkədə etdiyi paylaşımda ayaq əzələlərinin uzun və sağlam ömür üçün vacib olduğunu bildirib. O qeyd edib ki, xüsusilə çömbəlmə (squat) hərəkəti ayaq əzələlərinin gücləndirilməsi üçün ən faydalı məşqlərdən biridir.
Mütəxəssisin sözlərinə görə, güclü ayaq əzələləri sağlam ürək-damar sistemi, effektiv limfa dövranı və şəkər mübadiləsinin düzgün tənzimlənməsi üçün vacibdir. O, insanlara ayaq əzələlərini gücləndirmək üçün məşqləri təxirə salmamağı və bu gündən etibarən hərəkətli həyat tərzi seçməyi tövsiyə edib.
Mütəxəssislər vurğulayırlar ki, uzunömürlülük yalnız bir amildən asılı olmasa da, ayaq əzələlərinin güclü saxlanılması sağlam qocalma və həyat keyfiyyətinin qorunması üçün mühüm şərtlərdən biridir.
Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью