Üzünə qaynar yağ tökülən iştirakçı yenidən MasterChef Türkiyeə qayıtdı Xəbər saytı Son xəbərlər və Hadisələr

09.11.2024

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin reytinqli yarışlardan olan "MasterChef Türkiye"də üzünə qaynar yağ tökülən iştirakçı yenidən yarışa qayıdıb.

BAKU.WS xəbər verir ki, 23 yaşlı iştirakçı Beyza Aydın bu ağır günlərdə yarışma iştirakçılarının və ailəsinin ona dəstək olduğunu ifadə edib.

Onun yarışmada davam edib-etməyəcəyi isə yayımlanan yeni bölümdə məlum olacaq.

Xatırladaq ki, hadisə noyabrın 1-də Beyza yarışmada yemək bişirərkən baş vermişdi. Münsiflər heyəti iştirakçının xəstəxanaya yerləşdirildiyini və orada müalicə olunduğunu açıqlamışdırlar.

Ətraflı videoda:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью