Uzunmüddətli eksperiment: 96 ilə cəmi 9 damcı | Icma.az
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq. Avstraliyada aparılan və dünyanın ən uzunmüddətli laboratoriya təcrübəsi hesab olunan e
Kvinslend Universitetinin alimləri bu müddət ərzində “pek” adlanan maddənin hunidən son dərəcə yavaş axmasını müşahidə edirlər.
Reyting.az xəbər verir ki, bu qeyri-adi elmi təcrübə ilk dəfə 1927-ci ildə dövrünün tanınmış fizika alimlərindən biri olan Tomas Parnell tərəfindən başlanıb.
O, peki qapalı huniyə töküb, 1930-cu ildə isə huninin ucunu kəsərək müşahidələri aktiv mərhələyə keçirib.
Alimlərin bildirdiyinə görə, otaq temperaturunda bərk maddə təsiri bağışlayan pek əslində mayedir və onun viskozluğu sudan təxminən 100 milyard dəfə çoxdur.
Eksperiment çərçivəsində ilk damcı səkkiz ildən sonra düşüb.
Sonrakı damcıların isə təxminən hər səkkiz ildən bir qeydə alındığı müşahidə edilib.
Bununla yanaşı, 1980-ci illərdə laboratoriyanın yerləşdiyi binada kondisionerlərin quraşdırılmasından sonra prosesin daha da yavaşıdığı qeyd olunur.
Tam oxu
Xəbəri oxu