Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan banklarına əhali tərəfindən uzun müddətə qoyulan əmanətlərin məbləğində sürətli artım müşahidə edilir.
Sfera.az Mərkəzi Bankın açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, yalnız 2025-ci ilin yanvarında uzunmüddətli əmanətlərin məbləği 122 milyon manat və ya 3 faiz artıb.
Məlumatların təhlili göstərir ki, yanvarda əmanətlərin məbləğində artım məhz uzunmüddətli əmanətlərin hesabına baş verib.
Belə ki, yanvarda bütün əmanətlərin məbləği 37 milyon manat artıb. Bu dövrdə qısamüddətli əmanətlər 85 milyon manat azalıb.
Əgər uzunmüddətli əmanətlərdə 122 milyon manatlıq artım baş verməsəydi, o halda banklarda olan əmanətlərin məbləği azalmalıydı.
Uzunmüddətli əmanətlərin məbləğindəki artım dinamikasına nəzər yetirdikdə görürük ki, əhali 2024-cü ilin əvvəlindən başlayaraq vəsaitlərini əsasən uzun müddətə banklara yerləşdirib.
Bunun nəticəsində uzunmüddətli əmanətlərin məbləği 2023-cü ilin sonundakı 2,586 milyard manatdan 2024-cü ilin sonundakı 4,089 milyard manata qədər yüksəlib.