Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Stres halı gündəlik və uzunmüddətli xarakter aldıqda, artıq orqanizm üçün təhlükəli mərhələyə keçir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova dedi.
Həkim əlavə etdi ki, uzun müddət davam edən stres ürək-damar xəstəlikləri, arterial təzyiqin yüksəlməsi, şəkərli diabet, xroniki yorğunluq, əsəbilik və yuxu pozuntuları kimi problemlərə səbəb ola bilər.
"Xüsusilə gənc insanlar arasında fiziki cəhətdən sağlam görünsələr də, həyat keyfiyyəti aşağı olan şəxslər az deyil. Əsəbilik, yuxusuzluq, əzələ və “sinir” ağrıları kimi şikayətlər çox zaman xroniki, üst-üstə yığılan stresin bədənə verdiyi reaksiyalarla əlaqəlidir. Bu hallarda bəzən konkret diaqnoz qoymaq mümkün olmasa da, stres insanın gündəlik həyatına ciddi mənfi təsir göstərir".
Nuriyyə NATİQQIZI