Uzunömürlü olmaq istəyənlər bu qaydalara əməl etsin

13.05.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyalı cərrah və qastroenteroloq Alvaro Kampilyo uzunömürlü olmaq istəyən insanlara sadə “5-4-3-2-1-0” qaydasına əməl etməyi tövsiyə edib.

Ölkə.az xəbər verir ki, onun sözlərini "ABC" nəşri yayıb.

Onun sözlərinə görə, ömrü uzatmaq üçün həftədə beş gün fiziki məşqlərlə məşğul olmaq lazımdır. Bundan əlavə, gecə yuxusu elə olmalıdır ki, dörd tam yuxu dövrü başa çatsın.

Mütəxəssis həmçinin bildirib ki, gün ərzində üç dəfədən artıq yemək qəbul etmək məsləhət deyil. O, axşam yeməyini yatmazdan ən azı iki saat əvvəl yeməyi tövsiyə edib.

Bundan başqa, həkim bir saatdan artıq fasiləsiz oturmağın qarşısını almağı məsləhət görüb.

“Və bir gün belə gülümsəmədən keçməsin”, - deyə doktor əlavə edib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью