Uzunqulaq 7 yaşlı uşağı öldürdü

30.08.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə azyaşlı faciəvi şəkildə ölüb.

Ölkə.az Lent.az-a istinadla bildirir ki, hadisə Elazığ rayonunun Yürekli qəsəbəsində baş verib.

7 yaşlı Məryəm Doğan babasının tapşırığı ilə eşşəklə su gətirməyə gedib. Yolda heyvan qəfil sürətlə qaçmağa başlayıb. Bu zaman uzunqulağın palanının ipi uşağın boğazına dolanıb və o, sallaq vəziyyətdə 800 metr sürüklənib. Onu görən yaxınları dərhal xəstəxanaya aparıblar.

Lakin görülən tədbirlərə baxmayaraq, 7 yaşlı Məryəmi xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью