Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Üz yumaq dəriyə qulluğun ən əsas amillərindən biridir.
İsti yay aylarında xüsusilə tez-tez yuduğumuz üzümüzün dərisini bununla quruduruqmu? Üzümüzü yuyan zaman nələrə diqqət etməliyik?
Dermatologiya mütəxəssisi Ata Nejat Ertekin fikrincə, sadə görünən dəriyə qulluq prosedurları zamanı səhvlərə yol verməyimiz mümkündür.
Üz yumağın məqsədi dəridəki məsamələri tıxayan çirki təmizləməkdir. Bununla yanaşı bu zaman dəri ölü hüceyrələrdən də təmizlənir.
Dəriniz təmiz olduğu zaman da istifadə etdiyiniz dəriyə qulluq vasitələri dərinizə yaxşı nüfuz edir.
Bütün bunlar üçün üzü düzgün şəkildə yumaq önəmlidir. İlk əvvəl üzünüzü ilıq su ilə yumalısınız.
Çünki isti su üzünüzün qurumasına səbəb olduğu halda soyuq su çirklərdən təmizlənməyə əngəl törədir.
Bu səbəbdən də ilıq su ən doğru seçimdir. Üzünüzü yumadan əvəl əllərinizi dərinizə uyğun sabunla yaxşıca yuyun.