Üzüyü çıxara bilmədi, FHN i köməyə çağırdı

08.10.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin barmağında üzüyün sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazilrikdən Axar.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью