V tura bu gün start veriləcək

26.11.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura bu gün start veriləcək. SİA-nın məlumatına görə, turun ilk oyun günündə 11 qarşılaşma baş tutacaq.

Maraqlı matçlardan biri Almaniyada keçiriləcək. “Bavariya” doğma meydanda Fransanın PSJ klubunu qəbul edəcək. İngiltərə təmsilçisi “Mançester Siti” isə evdə “Feyenoord”la (Niderland) üz-üzə gələcək.

“Barselona” da doğma azarkeşləri önünə çıxacaq. Kataloniya klubu “Brest”lə (Fransa) görüşəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

26 noyabr

21:45. “Slovan” (Slovakiya) - “Milan” (İtaliya)
21:45. “Sparta” (Çexiya) - “Atletiko” (İspaniya)
00:00. “Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Niderland)
00:00. “Bavariya” (Almaniya) - PSJ (Fransa)
00:00. “İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya)
00:00. “Barselona” (İspaniya) - “Brest” (Fransa)
00:00. “Bayer 04” (Almaniya) - “Zaltsburq” (Avstriya)
00:00. “Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
00:00. “Yanq Boyz” (İsveçrə) - “Atalanta” (İtaliya)
00:00. “Srvena Zvezda” (Serbiya) - “Ştutqart” (Almaniya)
00:00. “Şturm” (Avstriya) - “Jirona” (İspaniya)

Qeyd edək ki, V turun digər oyunları noyabrın 27-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью