Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Biz burada hakim deyilik, amma vəkilik".
"Cebheinfo.az" xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya-Ukrayna müharibəsi ilə bağlı Kiyevi niyə müdafiə etmələri barədə suala cavabda deyib.
Nazir bildirib ki, ABŞ Rusiya-Ukrayna müharibəsini bitirmək üçün 28 maddəlik plan hazırlayıb:
"Biz də bu planı dəstəkləyirik. Lakin biz bunu yekun sənəd hesab etmirik. Sözsüz ki, plan və onun detalları müzakirə olunmalı və son qərarı Ukrayna və onun xalqı verəcək.
"Ukraynanın hansı güzəştlərə gedəcəyinə qərar verəcək olan tərəf Ukraynanın özüdür. Rusiya da eyni şəkildə öz qərarlarını verəcək. Biz burada hakim deyilik, amma vəkilik. Çünki Ukrayna öz azadlığını və Avropanın azadlığını müdafiə edir".
Yohan Vadeful Almaniyanın bu məsələdəki mövqeyinin Avropanın mövqeyi olduğunu və Ukraynanı dəstəklədiklərini qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin