Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful 17-18 noyabr tarixlərində Cənubi Qafqaza səfər etdi və Bakı və İrəvanda oldu. Ancaq Gürcüstan onun səfər proqramına daxil edilməmişdi.
Axar.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Gürcüstan xidməti məlumat yayıb.
Səfərdən əvvəl verdiyi açıqlamada Vadeful Cənubi Qafqazı "dönüş nöqtəsində" olan bir bölgə kimi təsvir edib və uzun müddətdir davam edən münaqişələrin öhdəsindən gəlmək üçün tarixi bir fürsət olduğunu qeyd edib. Berlinin prioritetləri arasında o, Ermənistan-Azərbaycan sülh prosesinə dəstəyi, nəqliyyat dəhlizlərinin inkişafını, enerji və ticarəti vurğulayıb və region ölkələrinin gələcəyinin Moskvada həll edilməməli olduğunu deyib.
“Novosti Qruziya” yazıb ki, 2024-cü ilə qədər Almaniya Gürcüstanın ən yaxın tərəfdaşlarından biri idi, lakin demokratik geriləmə və Avropaya inteqrasiyanın dayandırılması ilə bağlı fikir ayrılıqları münasibətlərin gərginləşməsinə səbəb olub.
2026-cı ilin payızında Almaniyanın dörd siyasi fondu Gürcüstandakı fəaliyyətini dayandırıb, onlardan ikisi Tiflisdəki ofislərinin bağlandığını elan edib.