Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İdmanın bütün kontakt sahələrində texnika, taktika, düşüncə və klasda uduza bilərsən. Hələ ki, Azərbaycan millisisənsə...
Amma mübarizliyin heç vaxt rəqibdən zəif ola bilməz". Bu sözləri apasport.az saytına açıqlamasında Vadim Abdullayev deyib.
Yığmanın futbolçusu millinin durumunu dəyərləndirib: "Təbii ki, millinin son oyunlarında mən də olmaq istəyərdim. Hər iki görüşü izləmişəm.
İstək, motivasiya, hirsin əksik olduqda digərlərinin əhəmiyyəti qalmır. Estoniya heç vaxt keyfiyyətdə bizdən üstün ola bilməz.
Sadəcə onların istəyi bizdən daha çox idi. Bir-birlərini meydançada sərt şəkildə yönləndirirdilər, yardım edirdilər.
Həmin istək nəticədə bizim üçün acı sonluqla nəticələndi. Hər zaman deyirəm ki, meydana çıxırsansa, idmançı kimi özünü hamıdan üstün görməli
İdman növünün fərqi yoxdur. Belə düşünməyən birinin meydana çıxmasının mənası yoxdur. Ona görə də inam ən önəmli detallardan biridir.