sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Müdafiədə uşaq səhvləri edirik və nəticəsi də göz qabağındadır". Bu sözləri Sport24.az-a "Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev deyib.
31 yaşlı yarımmüdafiəçi komandasının 18 turdur qalib gələ bilməməsinin səbəblərindən danışıb:
"Belə ümumi oyun saylarını nəzərə alsaq hər şey mümkündür. Sadəcə, hamı tərəfindən çalışmaq, oyunu sözdə yox, əməldə göstərmək lazımdı. Bu durum təbii ki təziq yaradır. Mən karyeramda ilk dəfə belə yaşıyıram. Çox ağırdır, bəzən heç yaxınlarım da məni danışdırmır. Bilillər ki, özüm-özümə qapanıram. Amma hər bir halda idmançıyıq, bu yolu axra kimi gedməliyik. Sonu nə olursa olsun".
Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub.