futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Karvan-Yevlax” Premyer Liqanın XVII turunda bu gün “Sabah”ın qonağı olacaq. Matç saat 18:30-da start götürəcək.
“Hazırlığın necə keçdiyini çempionat göstərəcək. Çox çalışdıq, düşünürəm ki, faydasını görəcəyik. İlk dövrədə xal itkilərimiz çox oldu. Futboldur və belə hallar olur. Eniş də bu oyunun bir parçasıdır. Problemimizi bilirik və çox çalışmışıq. Zamanla nə yerdə olacağımızı görəcəyik. Əlimizdən gələni edəcəyik ki, son sıralardan qurtulaq”.
Yarımmüdafiəçi “Sabah”la oyundan gözləntilərini bölüşdü:
“Rəqibin gücünü bilirik. Amma mübarizə aparmalıyıq. Heç kim meydana uduzmaq üçün çıxmır. Özümüzə inanmalı, əziyyət çəkməli və sona qədər mübarizə aparmalıyıq”.