Vadim Pşeniçnıy: ARDNF nin investisiya portfeli 60 milyard dollara çatıb

06.03.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərin daimi gəlir mənbəyinə çevrilməsidir".

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Media dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" adlı tədbirində Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy deyib.

O qeyd edib ki, fondun stabilləşmə məqsədi dövlət büdcəsində enerji qiymətlərindən asılılığın azaldılması, qısamüddətli investisiya dövrü və aşağı riskli investisiyalardan ibarətdir:

"Fondun yığım məqsədi isə karbohidrogen daxilolmalarının uzunmüddətli sərvətə çevrilməsi, uzunmüddətli investisiya dövrü, yüksəkriskli və likvidliyi aşağı investisiyalardır. Fondun 25 il ərzində neft-qaz sazişindən gəlirləri 192.4 milyard ABŞ dollarıdır (bütün gəlirlərin 92,8%). İnvestisiya gəlirləri 14,9 milyard dollardır (7,2 %). Xərclərimizi çıxsaq, bizim xalis investisiya portfelimiz 60 milyard dollara gəlib çıxır".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью