Vaginal ifrazat Hansı hallarda normal, hansı hallarda təhlükəlidir?

03.07.2026

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Vaginal ifrazat qadınlarda normal fizioloji haldır və reproduktiv sistemin sağlam işlədiyini göstərər.

Medicina.az xəbər verir ki, lakin ifrazatın rəngi, qoxusu və ya miqdarı dəyişdikdə bu, infeksiya və ya başqa bir sağlamlıq probleminin əlaməti ola bilər.


Normal ifrazat:

• Şəffaf və ya ağ rəngli olur.

• Kəskin pis qoxu vermir.

• Qaşınma, yanma və ağrı ilə müşayiət olunmur.

Həkimə müraciət tələb edən hallar:

• Yaşıl, boz və ya köpüklü ifrazat.

• Kəskin pis qoxu.

• Qaşınma, yanma və ya ağrının olması.

• Cinsi əlaqə zamanı narahatlıq.

• İfrazatla birlikdə qanaxmanın müşahidə edilməsi.

Özbaşına antibiotik və ya şam preparatlarından istifadə etmək düzgün deyil. Düzgün diaqnoz və müalicə üçün ginekoloq müayinəsi vacibdir.


Unutmayın: Vaginal ifrazatın hər dəyişməsi ciddi xəstəlik demək deyil, lakin uzun sürən və ya narahatlıq yaradan dəyişikliklər mütləq qiymətləndirilməlidir.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью