Вaha bir körpü cəmi 38 günə inşa edilib

08.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün inşası başa çatıb. 

XQ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, cəmi 38 gün ərzində mövcud körpü sökülərək onun yerində müasir norma və standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. 

Körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki və digər yol infrastrukturu elementləri quraşdırılıb. 

Xatırladaq ki, bir müddət əvvəl magistral yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilmişdi. Yeni körpünün inşası nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью