Vahid Əhmədov Almaniyaya aparılıb? Açıqlama

05.02.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin sabiq deputatı Vahid Əhmədovun səhhətində problem yarandığı, təcili Almaniyaya aparıldığına dair məlumat yayılıb.

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan sabiq parlamentari məlumatın yalan olduğunu bildirib.

“Bakıdayam, səhhətim də yaxşıdır, heç bir problem yoxdur, yazılanlar yalandır”, - V.Əhmədov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью