Vahid Əhmədov: Haqqımda yayılan məlumatlar şayiədir

05.02.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə sabiq deputat Vahid Əhmədovun səhhətinin ağır olduğu ilə bağlı məlumatlar yayılıb.

Keçmiş millət vəkili Oxu.Az-a açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib:

"Səhhətimin ağırlaşması ilə bağlı haqqımda yayılan məlumatlar şayiədir, həqiqəti əks etdirmir. 25 il deputat kimi fəaliyyət göstərmişəm, az müddət deyil. Hazırda istirahət edirəm. Vəziyyətim də yaxşıdır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью