Vahid Əhmədov xəstəxanaya yerləşdirildi KONKRET

05.02.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabiq millət vəkili Vahid Əhmədov xəstəxanaya yerləşdirilib.

KONKRET.az bildirir ki, Vətəninfo.az-ın məlumatlı mənbələrə istinadən əldə etdiyi məlumata görə, o, Almaniyaya aparılıb. Məlumata görə sabiq millət vəkili hazırda  bu ölkənin xəstəxananalarından birinə yerləşdirilib.

Vahid Əhmədovun bir müddətdi səhhətində problemlər olduğu vurğulanır.

Qeyd edək ki, Vahid Əhmədov millət vəkili olduğu müddətdə də müalicə üçün xaricə üz tuturdu və bir neçə dəfə İsrail və Almaniyada müalicə olunmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью