Vahid Əhmədovun oğlu hakim təyin olundu

11.04.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin keçmiş deputatı Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Səsverməyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb. Onun 5 illik səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən eyni vəzifəyə təyin edilməyib.

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью