Vahid Ələkbərov şirkətinin aktivlərini bu ölkəyə təhvil verdi: lukoyl u nə gözləyir?

29.01.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Lukoyl” Kişinyov Beynəlxalq Hava Limanındakı aktivlərini Moldovaya təhvil verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Moldovanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İctimai Mülkiyyət Agentliyi və Kişinyov Beynəlxalq Hava Limanı neft kompleksinin inventarizasiya prosesini başa çatdırıb və “Lukoyl Moldova” ilə təhvil-təslim aktlarını imzalayıb. Bununla da hava limanı ərazisində “Lukoyl”a məxsus olmuş aktivlər İnvestisiyaların Araşdırılması Şurasının qərarına uyğun olaraq dövlət mülkiyyətinə keçib.

Bundan əlavə, məlum olub ki, “Lukoyl”un Qazaxıstandakı aktivləri istisna olmaqla digər xarici aktivlərini də “Carlyle Group” alacaq. Şirkət ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilən sanksiyalardan sonra xaricdəki aktivlərini satmaq qərarına gəlib. Şirkət hazırda 27 xarici ölkədə fəaliyyət göstərir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью