Vahid Ələkbərovdan LUKOIL açıqlaması

26.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu şirkətin qurucusu Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, LUKOIL-in beynəlxalq bazara qayıtmaq üçün bütün şansları var: "Şirkət beynəlxalq bazardan getmək qərarını müstəqil şəkildə qəbul etməyib. Bu, bizi beynəlxalq bazardan çıxmağa vadar edən daha çox siyasi amillərlə bağlıdır. Lakin biz bu mənada qapını tamamilə bağlamırıq, oraya qayıtmağa hələ də ümid bəsləyirik".

Xatırladaq ki, noyabrın 25-də amerikalı milyarder Todd Boeli Rusiyanın LUKOIL neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının da (DFC) daxil olduğu konsorsium tərəfindən alınmasına dair müqavilə imzalayıb. Bu müqavilə ilə şirkətin 10 milyard ABŞ dolları dəyərindəki qiymətli kağızlarının xarici aktivlərlə mübadiləsini nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью