Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən bəri nə qədər artıb? Siyahı açıqlandı

02.02.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən bəri 19.392 milyard dollar artaraq, 318.48 milyard dollara çatıb.
Demokrat.az xəbər verir ki, bu, "Bloomberg Billionaires Index" reytinqinin məlumatlarında öz əksini tapır.
Məlumata görə, milyarderlər siyahısında 20 rusiyalı var.
"Norilsk Nikel"in əsas payçılarından biri olan Vladimir Potaninin sərvəti isə ilin əvvəlindən bəri 3.46 milyard dollar artaraq, 29.9 milyard dollara çatıb.
* Milyarderlərin sərvəti tarixi maksimumunu yenilədi
"Severstal" şirkətinin sahibi Aleksey Mordaşovun xalis sərvəti ilin əvvəlindən bəri 1.28 milyard dollar artaraq, 27.5 milyard dollar olub.
Ən varlı rusiyalıların üçlüyündə NOVATEK-in həmtəsisçisi Leonid Mixelson da var. Sözügedən iş adamının sərvəti 1.93 milyard dollar artaraq, 25.6 milyard dollara yüksəlib.
Rusiyalı milyarderlər arasında azərbaycanəsilli Vahid Ələkbərov da yer alır. "LUKOIL"un həmtəsisçisi sıralamada 5-ci yerdədir. Onun sərvəti 1.55 milyard dollar artaraq, 24.1 milyard dollara çatıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью