Vahid Əliyevi xəstəxanaya yerləşdirildi SON VƏZİYYƏTİ

04.04.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış aktyor, Əməkdar artist Vahid Əliyevin səhhətində problemlər yaranıb. Əldə etdiyimiz məlumata görə, aktyor xəstəxanaya yerləşdirilib.

Aktyorun səhhəti ilə maraqlandıq.

Yenicag.az-a açıqlama verən Əməkdar artist 4 gündür ki, sistemlər olunduğunu bildirib:

"Qar yağandan sonra soyuqladım və immunitetim zəiflədi. Təngnəfəslik yarandı və məcbur qalıb xəstəxanaya yerləşdim. Mütəmadi sistemlər olunur. Hələ bir müddət xəstəxanada qalmalı olacağam. Həkimlər deyir ki, tam sağalmamış səni buraxan deyilik. 2023-cü ildə açıq ürək əməliyyatı olunmuşdum. Onun fəsadları hələ də qalır. Bir yandan da yaşadığım stresslər məni lap haldan saldı. Məndən neçə il sonra sənətə gələnlər Xalq artistidir, amma mən hələ də halal haqqım olan zəhmətimin bəhrəsini dadmamışam. Aldığım təqaüd dərmanlarımın yarısını almağa bəs eləmir. Fikir, sıxıntı, səhnədən uzaqlaşmağım məni çökdürdü".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью