Vahid Hacıyev: Mina problemi əsas çağırışlardan biri olaraq qalır

22.05.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Mina problemi əsas çağırışlardan biri olaraq qalır.

"Report" xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda minalar hələ də mövcuddur və təhlükə yaratmaqda davam edir:

"Bununla belə, insanların yaşadığı ərazilər kifayət qədər təhlükəsizdir. Amma mina problemi əsas çağırışlardan biri olaraq qalır və insanların təhlükəsizliyini təmin edən, minaların ətraf mühitə təsirini azaldan minatəmizləyənlər hazırda yorulmadan çalışırlar".

Xüsusi nümayəndə "Böyük Qayıdış" proqramının prioritetlərinə də diqqət çəkib:

"Məqsəd dayanıqlı məskunlaşmanı təmin etməkdir. Bizim də qarşımıza qoyulan əsas prioritet məhz dayanıqlı məskunlaşmanın yaradılması idi. Bu isə yalnız evlərin tikilməsi demək deyil, insanların ləyaqət və rifah içində yaşayacağı infrastrukturun qurulması deməkdir".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью