Vahid Novruzov: Süni intellekt auditorları əvəz etməyəcək

16.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakıda Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. 

Auditorlar Palatasının sədri Vahid Novruzov nitqində kadr hazırlığı siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

O bildirib ki, gələcəyin auditorları özlərini yalnız maliyyə hesabatlarını təsdiqləyən və korporativ fəaliyyətə yardım edən mütəxəssis kimi görməməlidirlər. Bu baxımdan, tədris proqramlarının baş verən dəyişikliklərdən geri qalması əsas problemlərdən biridir: "Mövcud çağırışlara cavab verən yeni tədris proqramlarının hazırlanması zəruridir. Yüksək peşəkarlığın təmin edilməsi üçün auditorlar genişmiqyaslı kurslar vasitəsilə ömürboyu öyrənmə prinsipinə sadiq qalmalıdırlar. Şübhəsiz ki, süni intellekt auditorları əvəz etməyəcək".

Palata sədri süni intellekt və digər innovativ sahələr üzrə sertifikasiyanın tətbiqi məsələsinə də həssas yanaşdıqlarını qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью