Vahid Qədim polisə çağırılıb Açıqlama

13.11.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış meyxanaçı Vahid Qədim (Hazırda Rusiyada yaşayır) bir neçə gün əvvəl sevgilisini bıçaqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

“Ölkə.Az” xəbər verir ki, o, bu barədə RTV-yə açıqlama verib.

Tanınmış söz ustadı bildirib ki, bu məsələ ilə bağlı saxlanılıb və polis tərəfindən dindirilib:

"Mən bu yaşıma qədər, üzr istəyirəm, üzərimdə bıçaq, balta, silah - belə şeylər gəzdirməmişəm. O, özünə qəsd edib. Hadisə vaxtı heç mən orada olmamışam. Başqa şəhərdə idim. Uçub gələndə məni saxladılar. Daha sonra dindirdilər. Qısqanclıqdan edib - "bu mahnını kimə yazmısan?", "o klipdə kimdir?" - nə bilim, hərə bir cürdür. Məndən şikayət etməyib. Hazırda qadın reanimasiyadadır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью