Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına seçkilərdə elektoratın 59,32 faizinin iştirak etdiyini və ilkin nəticələri açıqlayıb. Hakim “Vahid Rusiya” Partiyası 57,10 faiz səslə öndədir. Kommunist Partiyası 14,01 faiz səslə ikinci, Liberal Demokrat Partiyası 9,32 faizlə üçüncü yerdədir. “Yeni insanlar” 7,93 faiz səs toplayıb. “Ədalətli Rusiya” hələ şansını saxlayır. Digər partiyaların nəticələri 5 faizlik seçki baryerindən aşağıdır. E.Pamfilova qeyd edib ki, “Vahid Rusiya” Dumada 355 yerə sahib olacaq. O, səsvermənin elektron formasında 3,3 milyondan çox seçicinin iştirak etdiyini açıqlayıb.
XQ