Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
44 yaşlı “Saint Laurent”in kreativ direktoru Entoni Vakkarello vəzifəsini tərk edir.
OLAY yazır ki, onun yerinə hazırda “Chloé” moda evinə rəhbərlik edən Şemena Kamali təyin olunacaq.
“Entoni Vakkarello “Saint Laurent”dən ayrılıb. Şemena Kamali “Saint Laurent”in yeni kreativ direktorudur” deyə moda dünyasından tez-tez insayder məlumatları paylaşan “boring not com” bloqunda yazılıb.
Xatırladaq ki, Vakkarello 2016-cı ildə “Saint Laurent”in rəhbəri təyin olunub. Dizaynerin moda evində fəaliyyətinin ilk ilindən sonra şirkətin gəlirləri 25,3% artıb. “Saint Laurent”ə təyin olunmazdan əvvəl Vakkarello “Fendi” və “Versace”də çalışıb.