Valdas Dambrauskas: “Azarkeşlərimiz üçün qalib gəlməliyik”

20.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”a qarşı keçirəcəkləri ilk oyun barədə danışıb.

Apasport.az xəbər verir ki, litvalı mütəxəssis mətbuat konfransında komandasının qələbə üçün əlindən gələni edəcəyini bildirib.

“Ümid edirəm ki, rəqibimiz qonaqpərvərliyimizi hiss edəcək. Bizim ümidlərimiz böyükdür. Sabahkı oyuna ən yaxşı şəkildə köklənməliyik. Azarkeşlərimiz üçün qələbə qazanmalıyıq. Buna görə əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Sabah” – “KuPS” matçı iyulun 21-də saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı” “Səbail”dən növbəti transfer I Liqada klubunu dəyişdi - RƏSMİ Freddi Varqas “Neftçi”yə qayıdır?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью