Valdas Dambrauskas: “Belə oyunlardan həzz almaq lazımdır”

20.11.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XII turunda "Sabah" "Sumqayıt"ın qonağı olub - 5:1.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

- Böyük hesabın qeydə alınmasında qırmızı vərəqənin rolu oldu?

- Bəli, oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. "Sumqayıt" 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir.

- Xəyal Əliyevin performansını necə dəyərləndirirsiniz?

- Həqiqətən də, Xəyal bizim üçün çox önəmli oyunçudur. Bəzi həlledici anlarda ona fürsət veririk. O da fürsətdən yararlanmağa çalışmalıdır. Xəyalı meydançada görmək mənim üçün fərəh hissidir.

- Beş gün sonra "Barselona" ilə karyeranızın ən böyük oyununa çıxacaqsınız. Gecələr yata bilirsiniz?

- Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq.

Rəşad Sadıqov: “Çox məyusedici xal itkisidir” Millimiz Səudiyyə Ərəbistanı ilə iki yoxlama oyunu keçirəcək MPL: “Zirə" Yevlaxdan 1 xalla qayıdır - YENİLƏNİB “Qarabağ Store” Ağdam Şəhəri Günündə - FOTO Elxan Səmədov: “Xankəndidə futbol ənənələri bərpa olunacaq”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью