Valdas Dambrauskas: “Həmişə autsayder kimi görülmüşük”

19.08.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşmadan öncə təşkil edilən mətbuat iştirak edib.

Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis tərəflərin oyun üslubu baxımından oxşar olduğunu diqqətə çatdırıb. O, “Sabah”ın bu mərhələyə qədər favorit göstərilmədiyini, lakin tutduqları mövqeyə layiq olduqlarını bildirib:

“Oyunu böyük səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib rəqibimiz “Hapoel”i bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. İki həftədən sonra komandalardan biri tarix yazacaq və Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcək. Bu yola başlayanda heç favorit olmamışıq. Həmişə autsayder kimi görülmüşük. Eyni şeyi rəqib haqda da demək olar, amma gördüyümüz iş, sahib olduğumuz keyfiyyət və futbolçularımızın meydanda göstərdiyi oyunla burada olmağa layiq olduğumuzu sübut etmişik.

İndi isə bizi çox maraqlı mübarizə gözləyir, çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. Hər iki komanda futbol oynamaq, pressinq etmək və dominant olmaq istəyir, ilk növbədə hücumu, sonra müdafiəni düşünür. Görək sabah bizi nə gözləyir. Bakıdan bura gəlmişik. Bütün futbolçularımız sağlamdır və sabahkı oyuna hazırıq”.

Bu gün Rumıniyanın Buxarest şəhərində baş tutacaq “Hapoel” – “Sabah” matçının start düdüyü Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью