Valdas Dambrauskas: “Həyəcanla TNS lə oyunu gözləyirik”

06.07.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxış etmək üçün əlimizdən gələcəyi edəcəyik”.

İdman.Biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə oyundan öncə mətbuat üçün təşkil edilən konfransda deyib.

“Sabah”ın çalışdırıcısı bu mövsümün komandası üçün uğurlu alınacağına ümid etdiyini vurğulayıb.

“Hazırda qarşımızda böyük məsuliyyət var. Həyəcanla oyunu gözləyirik. Avstriyada toplanış keçdik. Azarkeşləri stadiona çağırıram. Nəticə i biz demirik amma əlimizdən gələni edəcəyik” - deyə Valdas Dambrauskas vurğulayıb.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.

Leyla Eminova

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью