sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Şəfa" - "Sabah" oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransına qatılıb. Sport24.az xəbər verir ki, litvalı mütəxəssis matçla bağlı bunları deyib:
"Oynadığımız matçdan sonra bu cür qarşılaşmalara köklənmək çətindir. Lakin futbolçularımız çətin İngiltərə səfərindən sonra çox yaxşı təsir bağışladılar. Lakin birinci hissədə "Old Trafford"da olduğu kimi səhvlərə yol verdik. Buna görə də "Şəfa" qapımıza zərbələr endirdi. Qollar vurduq, qalib gəldik. "Şəfa"nı da xüsusi qeyd etmək lazımdır ki, yaxşı hücumlar təşkil etdilər. İkinci yarıda da topa daha çox nəzarət edən biz idik. Qarşıdan "İmişli" ilə oyun gəlir, bu matça köklənəcəyik".