Valdas Dambrauskas İmişli ilə matçdan sonra nə danışdı?

19.09.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sabah" evdə "İmişli"ni qəbul edib. "Bayquşlar" matçda inamlı qələbəni bayram ediblər.

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas fikirlərini jurnalistlərlə bölüşüb:

"Milliyə yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, zədəsiz qayıdacaqlar. Komandada qalan futbolçularla isə işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftə istirahət vermişəm. Qayıtdıqdan sonra çempionatın ikinci hissəsinə hazırlaşacağıq və oyun-oyun irəliləyəcəyik".

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью