Valdas Dambrauskas: “Mərhələni keçmək şansımız var”

06.08.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Orhus"a məğlub olub - 1:2.

Apasport.az xəbər verir ki, matçdan sonra Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib:

"Bu gün bizim üçün çox çətin oyun oldu. Hesabda 0:2 geriyə düşdük, daha sonra fərqi azaltdıq. Bərabərlik qolunu vurmaq üçün ardıcıl hücumlar təşkil etdik. Rəqibə təzyiq edən tərəf biz idik. Bu görüşdə heç-heçəyə layiq idik. Rəqib komanda iki möhtəşəm qolla qələbə qazandı. İlk oyunda qaçırdığımız qol epizodlarını cavab matçında dəyərləndirmək istəyirik. Bir top fərqlə geridəyik və mərhələni keçmək şansımız var".

Qeyd edək ki, cavab matçı avqustun 11-də, saat 20:00-da keçiriləcək.

ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik” Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir” Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB “Neftçi”dən acı məğlubiyyət - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью