Valdas Dambrauskas: Orhus a qarşı görüşdə bərabərliyə layiq idik

22.08.2026

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah" "Orhus"la matçda bərabərliyə layiq idi.

Hurriyyet.Media xəbər verir ki, bunu Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

"Bu gün bizim üçün çox çətin oyun oldu. Hesabda 0:2 geriyə düşdük, daha sonra fərqi azaltdıq. Bərabərlik qolunu vurmaq üçün ardıcıl hücumlar təşkil etdik. Rəqibə təzyiq edən tərəf biz idik. Bu görüşdə heç-heçəyə layiq idik. Rəqib komanda iki möhtəşəm qolla qələbə qazandı. İlk oyunda qaçırdığımız qol epizodlarını cavab matçında dəyərləndirmək istəyirik. Bir top fərqlə geridəyik və mərhələni keçmək şansımız var".

Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью