Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan” üzərində 2:0 hesabı ilə qazandıqları qələbədən sonra hakimlərin qərarlarını tənqid edib.
İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının qarşılaşmaya hazırlığından, rəqibin çıxışından və hakimlikdən danışıb:
““Barselona” ilə matçdan sonra bu matçda elə də yaxşı hazırlaşa bilmədik. Bu oyun bizim üçün çox çətin oldu. Rəqib də yaxşı performans göstərdi. Yaxşı pressinq edirdik. Öz oyunçularımı, “Sabah” ailəsini qələbə münasibəti ilə təbrik edirəm. Hakimliklə bağlı da danışmaq istəyirəm. Hakimlərin verdiyi qərarları başa düşmədim. Həddindən artıq çox vərəqə verildi”.