Valdas Dambrauskas: SƏFƏRDƏ BİZİ ÇƏTİN QARŞILAŞMA GÖZLƏYİR

07.07.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-i məğlub edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

“Hər kəsi qələbə münasibətilə təbrik edirəm. Çətin oyun oldu. Mümkün qədər çox hücum etməyə çalışdıq. Gözlədik və nəhayət istədiyimiz qolu vurduq. Səfərdə bizi çətin qarşılaşma gözləyir. Rəqib artıq iki qol fərqi ilə geridədir. Ev oyunlarında irəli atılmağa çalışacaqlar. Biz də boşluqlardan istifadə etməyə çalışacağıq. İlk hissədə daha yaxşı oynadıq. Boşluqları dolduran komanda olmaq istəyirdik. İlk qolu künc zərbəsindən vurduq. Daha sonra oyun epizodunda fərqləndik. Son dəqiqəyə qədər oyuna dominantlıq edən tərəf idik".

Belçikaya ağır itki - Onana üçün mundial bitdi Qismət Alıyev: “Meydanda ən yaxşısını etməyə çalışacağıq” Rəşad Sadıqov: “Cavab oyununa üstün yollanmaq istəyirik” İspaniyadan mundial rekordu - 6 oyundur qol buraxmır "Real"da Kurtuanın əvəzləyicisi axtarılır - İki namizəd var
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью