Valensiya 38 yaşlı futbolçunu transfer etmək istəyir

23.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mövsümün sonunda İngiltərənin "Lester Siti" klubundan ayrılacaq Ceymi Vardi İspaniya klublarının maraq dairəsindədir.

Oxu.Az "The Sun"a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu yay transfer pəncərəsində "Valensiya"ya keçə bilər.

O, daha əvvəl yayda azad agent kimi "Lester"i tərk edəcəyini açıqlayıb.

Qeyd edək ki, C.Vardi 2024/2025 mövsümündə 36 oyunda 10 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью