Valensiya 75 il sonra İspaniya kuboku tarixində ən ağır ev məğlubiyyətini alıb

07.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Barselona"ya dörddəbir final mərhələsində böyük hesabla məğlub olan "Valensiya" 75 il sonra İspaniya kuboku tarixində ən ağır ev məğlubiyyətini alıb.

Oxu.Az xəbər verir ki, "yarasalar" 1/4 finalda "Barselona"ya 0:5 hesabı ilə məğlub olub.

Valensiya şəhərinin eyniadlı təmsilçisi bunadək kubokun ev oyunlarında beş top fərqi ilə uduzmamışdı. Əvvəlki antirekord 1950/51 mövsümündə qeydə alınmışdı. Həmin vaxt "Real Madrid" 1/8 finalda "Valensiya"ya 5:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Barselona"ya qədər "Real", "Atletiko" və "Real Sosyedad" da yarımfinala yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью