Valensiya heyətini yeni hücumçu ilə gücləndirib

04.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya təmsilçisi "Valensiya" "Real Sosyedad"ın hücumçusu Umar Sadiqi heyətinə qatdığını açıqlayıb.

"Report" xəbər verir ki, 27 yaşlı nigeriyalı futbolçu icarə əsasında mövsümün sonuna qədər "yarasalar"da çıxış edəcək.

O, cari mövsüm "Real Sosyedad"ın heyətində 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Valensiya" 18 görüşdən sonra 12 xal toplayaraq, 19-cu sırada yer alıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью