“Valensiya” “Vest Hem”in oyunçusunu transfer edib

26.01.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentinalı yarımmüdafiəçi Qvido Rodriges “Vest Hem Yunayted”dən ayrılaraq “Valensiya”ya keçib.

İdman.Biz bildirir ki, bu barədə İspaniya klubunun rəsmi saytında məlumat verilib.

Oyunçu “Vest Hem”də 32 oyun keçirib və bir məhsuldar ötürmə edib. O, “River Pleyt”in gənclər sisteminin yetirməsidir və klubu böyüklər səviyyəsində də təmsil edib. O, həmçinin “Tixuana”, “Amerika” və “Betis”də də oynayıb. Rodriges Argentina milli komandası ilə dünya çempionatını və iki dəfə COPA Americanı qazanıb.

“Valensiya” hazırda İspaniya La Liqasının turnir cədvəlində 23 xalla 14-cü yerdədir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью