“Valensiya”nın yeni baş məşqçisi məlum olub

23.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

İspaniyanın “Valensiya” komandasının yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı meksikalı mütəxəssis Xavyer Aqirre bu vəzifəyə təyin olunub.

Təcrübəli çalışdırıcı ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Sazişdə müqavilənin daha bir il müddətinə uzadılması ilə bağlı bənd də yer alıb.

X.Aqirrenin son iş yeri Meksika millisi olub. O, komanda ilə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinə qədər irəliləyib.

Mütəxəssis daha əvvəl İspaniyanın “Atletiko”, “Espanyol”, “Leqanes” və “Malyorka” klublarına rəhbərlik edib. O, həmçinin Yaponiya və Misir milli komandalarının baş məşqçisi olub.

İspaniya çempionatında 7 turdan sonra “Valensiya” 5 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda mövsümə Karlos Korberanın rəhbərliyi altında başlayıb. Beş turdan sonra isə kollektivə müvəqqəti olaraq Oskar Sançes rəhbərlik edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью